Bakıda növbəti dəfə avtomobili düzgün park etməməyə görə dava-dalaş olub.
Xətai rayonu ərazisində, Sarayevo küçəsində - “Bakı” kinoteatının qarşısında sürücü ilə “parkovşik” arasında münaqişə baş verib.
Hadisə zamanı Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Rəşad Səlimov ərazidə avtomobillərin park edilməsinə nəzarət edən şəxsin ona irad bildirməsinə əsəbləşərək dava salıb. Belə ki, o, idarə etdiyi “Opel” markalı avtomobili kinoteatrın qarşısında saxladıqdan sonra münaqişə baş verib. Rəşad Anar Əliyevə başı ilə zərbələr endirərək onun burnunu sındırıb, həmçinin göz nahiyəsində qançirlərin yaranmasına səbəb olub.
Hadisəni törədən şəxs barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Xətai rayon Məhkəməsi “parkovşik”i döyən sürücünün azadlığının 1 il müddətinə məhdudlaşdırılmasına və ona elektron nəzarət cihazının taxılmasına qərar verib.



Bakının mərkəzində KÜTLƏVİ DAVA - Ölənlər var - YENİLƏNDİ
Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb
Ermənistanda kütləvi dava - Yaralılar var
Həbsdən çıxandan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı QƏRAR VERİLDİ
Uşaqlarını görməyə gedən atanın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda universitetin önündə KÜTLƏVİ DAVA - Bıçaqlananlar var
Azərbaycanda 55 yaşlı kişini döyüb öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
Bakıda ŞOK OLAY – Sürücü ona yol verməyən şəxsə GÖRÜN NƏLƏR ETDİ...
Bakıda dava: bıçaqlananlar var - Rəsmi
"Tarqovı"da KÜTLƏVİ DAVA - Qızlar... - ŞOK VİDEO
Bakıda göydən “daş yağdı” - Video
Bakıda polis arvadını döydü: işdən qovuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 