UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatması təkrarlana bilər.
ONN media xəbər verir ki, buna səbəb tədbir zamanı yanlışlığa yol verilməsidir.
İngiltərədə "Tottenhem" və Fransanın "Renn" klubları arasında G qrupunun VI tur matçı koronavirusa görə təxirə salındığından və UEFA həmin görüşlə bağlı qərar vermədiyindən püşkatmada hər iki klub iştirak edib. Reqlamentə əsasən, pley-offda eyni ölkə təmsilçiləri üz-üzə gələ bilməz. Bu səbəbdən İngiltərənin digər klubu olan "Lester"in rəqibi müəyyənləşərkən "Tottenhem" və "Renn" klublarının adlarının yer aldığı şar kənarda saxlanılıb. Nəticədə Danimarka "Randers"i "tülkülər"ə rəqib olub.
Bu iki klub püşkün nəticəsini etibarsız hesab edib apellyasiya şikayəti verə bilərlər. Bu halda püşkatmanın yenidən təşkil olunması istisna edilmir.
Daha əvvəl UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi texniki nasazlıq səbəbindən təkrarlanıb.
Qeyd edək ki, "Qarabağ" pley-offda Fransa "Marsel"inə rəqib olub. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.



Püşkatma təkrarlana, “Qarabağ”ın rəqibi dəyişə bilər
Bakıda beş il sonra ÇL himni səsləndiriləcək
Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub
"Qarabağ"ın mümkün rəqibi bəlli oldu
"Qarabağ"ın püşkatmada səbəti dəqiqləşdi
"Qarabağ”ın rəqibi bəlli oldu
ÇL: “Qarabağ” bu mərhələni adlasa nə qədər qazanacaq?
"Qarabağ"ın rəqibi bəlli oldu
UEFA-dan Qarabağla bağlı paylaşım
UEFA reytinqində Azərbaycanın mövqeyi necə dəyişdi?
Bu gün Çempionlar Liqasının püşkü atılacaq
UEFA ÇL-in püşkatma mərasimi baş tutdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 