Səmimi desəm, biz heç vaxt Prezident Putinlə TAP layihəsini müzakirə etməmişik. O, bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şişirdilib.
ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində bildirib.
“Bizim təchiz etdiyimiz qazın həcmi Rusiyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusiyanın Avropaya ixracı 100 milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu, bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan “Şahdəniz” yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni, o, kommersiya baxımından çox cəlbedici olub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, bizim üçün bu, bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirdilər: “Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmdir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik”.



İlham Əliyev: "Cənubi Qafqazda 3+3 formatını dəstəkləyirik"
Azərbaycan, Türkiyə və Avropa üçün TARİXİ GÜN
"Azərbaycan və Rusiya münasibətləri zamanın sınağından çıxıb"- İlham Əliyev
“İqtisadi siyasətimiz mükəmməldir” – İlham Əliyev
İlham Əliyev: Aprel döyüşləri bunu bir daha bütün dünyaya göstərdi
“Mənim sözüm birdir” - İlham Əliyev
Prezident Azərbaycanın layihələrindən danışdı
"Seçkilər rəqabət şəraitində keçirildi" - İlham Əliyev
İlham Əliyev dəyirmi masada çıxış etdi
Bu kəndin inşası artıq tamamlanıb - İlham Əliyev
Prezidentdən Ukrayna ilə bağlı AÇIQLAMA
Sabah Türkiyədə TANAP-ın açılış mərasimi keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 