Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməzi qəbul edib.
ONN media xəbər verir ki, nazir Fatih Dönməz Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulanıb, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmnunluqla qeyd edilib.
Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olunub, nazir Fatih Dönməzin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirilib.
Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirilib.



İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi
İlham Əliyev Bəkir Şahini qəbul etdi
Prezident Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib
İlham Əliyev Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul etdi
İlham Əliyev türkiyəli naziri qəbul edib
İlham Əliyev Hulusi Akarla görüşdü
Əsədov Fatih Dönməzlə görüşdü
Prezident Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul edib
İlham Əliyev türkiyəli naziri qəbul edib
İlham Əliyev Şentopla görüşdü
Ərdoğan Kamran Əliyevi qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 