Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası subyektlərinə dəstək layihəsi elan edib.
Agentlikdən verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.
Müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər:
– müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;
– redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.
– Qəzetin müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrəsi müsabiqəyə təqdim edilməlidir.
Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından əldə edə bilərsiniz.
Müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin “.pdf” yaxud “.jpeg” versiyasının (skan edilmiş surəti və ya fotoşəkli) “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir.
Qiymətləndirmə
Qəzet nömrələrinin qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Maliyyə yardımının göstərilməsi:
– Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir;
– Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.
Maliyyə yardımından istifadə:
Maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir.
Maliyyə yardımına əlavə:
Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur;
Müsabiqə qaliblərinə maliyyə yardımının göstərilməsi 2022-ci il yanvar ayının 1-dən etibarən 6 aylıq dövrü əhatə edir.
Müraciətlərin qəbulu 07 yanvar 2022-ci il saat 18:00-dək həyata keçirilir.



MEDİA müsabiqə elan edir
MEDİA-dan jurnalistlər üçün MÜSABİQƏ
Azərbaycanda daha üç qəzet fəaliyyətini dayandırdı
MEDİA elan etdi: bu saytlara 3 min manat yardım verəcək
MEDİA jurnalistlər arasında müsabiqə elan etdi
KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı – SİYAHI
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Jurnalistlər üçün müsabiqə: I yerə 1000 manat...
“Nəsimi ili” ilə bağlı jurnalist müsabiqəsi elan olundu
Elm Tarixi İnstitutu müsabiqə elan edir
Jurnalistlər üçün daha bir müsabiqə elan edildi
Bu universitet tələbə qəbulu elan etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 