Mədəniyyət Nazirliyi bədii film ssenariləri müsabiqəsi elan edib. ONN media xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə ilə həyata keçirilir. Müsabiqədə iştirak şərtləri aşağıdakılardır: Ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər; İştirakla bağlı yaş məhdudiyyəti yoxdur; Müsabiqədə iştirak etmək üçün tammetrajlı bədii filmin ssenarisi (elektron və çap olunmuş variantda), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur; Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər 2019-cu il mart ayının 15-dən may ayının 1-dək Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinə (Ünvan: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, 333-cü otaq) təqdim edilməlidir; Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, uşaq və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər; Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir; Qaliblərin adları 2019-cu il mayın 15-dək Mədəniyyət Nazirliyin rəsmi internet saytında www.mct.gov.az və nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetində açıqlanır; Qalib ssenarilərə Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında cari və növbəti illərdə filmlər çəkilir; Müsabiqədə iştirak yalnız qeyd olunan tələblər çərçivəsində mümkündür. Əks halda təqdim edilən ssenarilərə baxılmır; Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
Mədəniyyət Nazirliyi müsabiqə elan edir



Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu müsabiqə elan etdi
AMEA müsabiqə elan edir
MEDİA müsabiqə elan edir
MEDİA-dan jurnalistlər üçün MÜSABİQƏ
Vergilər Nazirliyi işçi axtarır
Qalibə 2500 manat veriləcək
Nazirlik QHT-lərlə bağlı müsabiqə elan edir
Mədəniyyət Nazirliyi “Şuşa İli” ilə bağlı müsabiqə elan etdi
“Nəsimi ili” ilə bağlı jurnalist müsabiqəsi elan olundu
Mətbuat Gününə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsi elan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 