Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” sənədləri imzalayıb.
Qanunlara əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına da fərdi identifikasiya kartı deyil, şəxsiyyət vəsiqəsi veriləcək.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.
5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.
Qeyd edək ki, hazırda “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda əksini tapan və gələn il yanvarın 1-nə qədər qüvvədə olan keçid müddəalarına əsasən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilir.
Xatırladaq ki, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməli idi. Bu sənədə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan ərazisində onun şəxsiyyətini təsdiq edən sənəd olmalı idi. Ancaq bu qanun ləğv edilir.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliyə əsasən isə 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir.



Azərbaycanda bu qanun ləğv edilir
Milli Məclis bu qanuna dəyişiklik etdi
15 yaşı tamam olmayanlara yeni qaydada şəxsiyyət vəsiqəsi veriləcək
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
Azərbaycan vətəndaşlarına bu sənəd 2022-ci ildə veriləcək
Şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumlar təsdiqləndi
Bu vətəndaşlar şəxsiyyət vəsiqəsi alarkən onlardan barmaq izləri götürülməyəcək
Milli Məclis bu gün toplanır
Milli Məclisdə 17 qanun layihəsi müzakirəyə çıxarılır
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 