Böyük Britaniyada peyvəndlənmə ilə bağlı hökumətə məsləhətlər verən Peyvənd və İmmunlaşdırma Komitəsinin sədri Endryu Pollard insanlara daim gücləndirici dozaların verilməsinin mümkün olmadığını söyləyib.
Oksford Universitetində Peyvənd Qrupunun rəhbəri olan Pollard daha çox risk altındakı insanlara üstünlük verilməli olduğunu deyib.
Ekspertin fikrincə, dünyada hər kəs müntəzəm olaraq COVID-19 peyvəndi olunmalı deyil. Onun sözlərinə görə, Böyük Britaniyada peyvənd kampaniyası çox uğurlu keçib, lakin dünyanın bir çox bölgəsi vaksinlənmədə geridə qalıb.
“Bu, həqiqətən belə davam edə bilməz, maliyyəsi yüksəkdir. Dünyadakı hər kəsi 4-6 aydan bir peyvəndləmək lazım deyil. Afrikada hələ insanlar bir doza belə vurdurmayıb, odur ki, bizim insanlara dördüncü dozanı təklif etməyimiz doğru olmaz”, - Endryu Pollard qeyd edib.
Mütəxəssisin sözlərinə görə, dördüncü dozaya ehtiyac olub-olmadığı hələ deyilmir. Pollard yoluxmaların sürətlə artdığı Britaniyada insanların xəstəliyi yüngül keçirdiyini, sadəcə risk qruplarına əlavə dozalar vurulmasına ehtiyac olduğunu deyib:
“ “Omikron”dan sonra yeni variantlar olacaq. Onların necə olacağını bilmədiyimiz üçün hər şey dəyişə bilər”.



3-cü doza peyvənd kimlər üçün vacibdir? - TƏBİB
ABŞ ÜST-ün təklifini rədd etdi
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur?
Virusa yoluxmuş şəxslərə ŞAD XƏBƏR
Peyvənd vurulan 6 nəfər öldü
SMS icazə ilə bağlı hamıya VACİB XƏBƏR
Peyvənd dozası artırılacaqmı? - AÇIQLAMA
TƏBİB-dən vaksinlə bağlı AÇIQLAMA: "Əhalimizin 10 faizinə..."
Peyvənd olunanlar niyə maska taxmalıdır?
DİQQƏT: Bu şəxslər peyvənd oluna bilməz
Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 