Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat qəbul olunub.
ONN media xəbər verir ki, bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağalmasını arzulanıb.
Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyinin vacibliyi vurğulanıb.
İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktlarını pislənilib. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb.
Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, “Türk Dünyasına Baxış 2040” sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqətə çəkilib.
Təşkilat hazırki böhrandan çıxmaq üçün lazım gələrsə Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranının və rifahının daha da yüksəlişinə yönəlmiş islahat gündəliyi dəstəklənib.
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb.
Qeyd edək ki, bu gün Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclası keçirilib.



XİN başçıları Qazaxıstana görə toplandı
Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı BƏYANAT YAYDI
Rəsmi Bakıdan Qazaxıstan hadisələri ilə bağlı ilk açıqlama
Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi
Ceyhun Bayramov Mirzoyanla görüşdü
Çavuşoğludan Qazaxıstan açıqlaması
Qazaxıstan iğtişaşlarında Soros izi və sabiq nazir...
Türkiyədən Naxçıvan Bəyannaməsi ilə bağlı açıqlama
Türkiyə parlamentinin komissiyası Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
Türk Şurası Azərbaycana başsağlığı VERDİ
Qazaxıstanda ölənlərin sayı açıqlandı
İlham Əliyevdən TARİXİ MESAJ- Bu azərbaycanlılar üçün əlimizdən gələni edəcəyik
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 