Əhali elə zənn edirdi ki, minimum pensiya məbləği artanda əmək pensiyası alanların hamısına təsir edəcək. Bu, çox yanlış gözlənti idi. Təəssüf ki, hökumətin sosial istiqamətdə atdığı addımlar vətəndaşlar tərəfindən düzgün başa düşülmür. Sonradan reallıq üzə çıxdıqda narazılıq yaranır. Müvafiq qurumlar tərəfindən lazımi sadə izahatın verilməməsi də narazılığın yaranmasında mühüm rol oynayır.
Bu sözləri iqtisadçı Pərviz Heydərov ötən gün pensiya alanların artımı görmədikdə narazılıq etməsi haqda danışarkən deyib.
O bildirib ki, minimum pensiya məbləği göstəricisi minimum əmək haqqı göstəricisi ilə eyni deyil:
“Dövlətin mövcud tarif cədvəli deyilən 19 pilləli mexanizmi mövcuddur. Orada 1-ci pillədə məbləğ minimum əmək haqqından başlayır. Cədvəldə 19 pillə ilə dövlət strukturunda çalışanların əmək haqları sıralanaraq qeyd olunur. Prezidentin sərəncamı ilə minimum əmək haqqı artırılanda həmin vahid tarif cədvəlinə əsasən Nazirlər Kabineti müvafiq təkliflər edir. Bu, bütün dövlət büdcəsindən maaş alanların əmək haqlarının müəyyən dərəcədə artmasına təsir edir. Minimum pensiya məbləği dedikdə ölkə üzrə ödənilən ən aşağı pensiya məbləği nəzərdə tutulur. Artımla bağlı qərar minimum pensiyadan artıq pensiya alanların məbləğinə heç bir təsir etmir”.
P.Heydərov bütün pensiyaçıların pensiyasının artacağını da qeyd edib. Deyib ki, yanvar ayının ortasında Dövlət Statistika Komitəsi ötən il ərzində orta aylıq əmək haqqının nə qədər artdığı barədə müvafiq rəqəmi açıqlayacaq. Bundan sonra fevralın əvvəlində Prezident əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı müvafiq sərəncam imzalayacaq:
“Bu, 2019-cu ilə qədər əvvəlki ilin infilyasiya göstəricisinə görə müəyyən olunurdu. Lakin qanunvericilikdə dəyişiklik edildi. Nəticədə, yanvarın 1-dən əmək pensiyaları əvvəlki il ərzində orta aylıq əmək haqqının artım səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu, bütün əmək pensiyası məbləğlərinə təsir edir. Ən yüksək əmək pensiyası alanlarda daha çox artımla nəticələnir. Bir qədər az pensiya alanların əmək pensiyasına isə az təsir edir”.
İqtisadçı qeyd edib ki, əvvəllər hamının aldığı əmək pensiyası baza və sığorta hissəsinə bölünürdü. Artıq belə bir anlayış yoxdur:
“İndi hər kəsin aldığı əmək pensiyası bütövlükdə sığorta hissəsindən ibarətdir. İndeksləşdirilmə həyata keçiriləndə də bu, bütün pensiya məbləği üzrə tətbiq olunur”.



Minimum əmək haqqı nə qədər artacaq?
Türkiyədə minimum əmək haqqı artdı
Əmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM
Kimlərin maaş və pensiyası artacaq?
Minimum maaş yenidən artacaq
Pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilir
Pensiyalarla bağlı xəbər var
Minimum əmək haqqı artacaq - Ekspert məbləği AÇIQLADI
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Pensiyalar daha çox artırıla bilər?
Azərbaycanda pensiya kapitalının məbləği artdı
Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən ... - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 