Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərdiyi xidmətlərin elektronlaşdırılması, rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “Fərqlənmə nişanı”nın verilməsi üçün onlayn müraciət xidmətinin proqram təminatı hazırlanıb.
Nazirlikdən verilən məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasın minimuma endirilməsi və sui-istifadə hallarının qarşısının alınmasıdır.
Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib. Digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb. Elektron qaydada müraciət etdikdən sonra “Fərqlənmə nişanı”nın verilməsi üçün verginin, məcburi dövlət sosial sığorta haqqının və icbari tibbi sığorta haqqının ödənilməsi üçün sistem Azərbaycan Mərkəzi Bankına məxsus Hökumət Ödəniş Portalı (HÖP) ilə əlaqələndirilib. Vətəndaşlar sistem üzərindən birbaşa kart məlumatlarını daxil etməklə, yaxud sistemin verdiyi sənəd əsasında banklarda HÖP üzərindən ödənişlərini həyata keçirə biləcəklər. Mövcud qanunvericiliyin tələblərinə əsasən “Fərqlənmə nişanı” ciddi hesabat blankı olduğundan, daşıyıcılar elektron qaydada müraciət etdikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq regional qurumuna heç bir sənəd təqdim etmədən yalnız adlarına rəsmiləşdirilmiş “Fərqlənmə nişanı”nı götürmək üçün müraciət edəcəklər.
Onlayn müraciət xidməti avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.
Elektron xidmət www.e-fn.danx.gov.az saytında yerləşdiriləcək. Onun fevralın 1-dən istifadəyə verilməsi nəzərdə tutulur.



Taksi sürücülərinin NƏZƏRİNƏ
Taksilərdə qiymət artımı olacaq?
Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!
Taksi sürücülərinə ŞAD XƏBƏR
Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtomobillərlə bağlı AÇIQLAMA
Evlərin sənədləşməsi ilə bağlı YENİLİK
Sosial yardım almaq istəyənlərin nəzərinə
BNA -dan 8 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı - AÇIQLAMA
Müharibə əlilləri ilə bağlı vacib qərar
Taksi sürücülərinin NƏZƏRİNƏ: Tələb ediləcək sənədlər AÇIQLANDI
Qrant müqavilələrinin qeydə alınması qaydası dəyişib - QƏRAR
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 