“Son bir neçə ildə sosial şəbəkələr üzərindən narkotik vasitələrin satışı daha da aktuallaşıb və intensivləşib. Xüsusilə də Vətən müharibəsindən sonra xaricdə yaşayan narkotacirlər və Azərbaycanı istəməyən qüvvələr gənc nəslə qarşı bu cür xüsusi əməliyyat keçirir”.
Bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrdə narkotik vasitə satışı terror hadisəsi kimi qiymətləndirilə bilər:
“Azərbaycan gəncliyinin şücaətinin davamı olaraq onlar daha böyük uğurlar əldə edə bilərlər. Lakin bunun qarşısını almağa çalışan qüvvələrin sosial şəbəkədəki müharibəsi hələ də davam edir. Narkotacirlərin bu müharibəsi poliqonlardan sosial şəbəkələrə köçürülüb. Söhbət xüsusilə xaricdəki narkotacirlərdən gedir ki, biz onların bir qisminin kimliyini müəyyən edə bilirik, bir qisminin yox. Bizim əsas mübarizə prinsipimiz onların ölkə daxilində özlərinə narkokuryer seçdikləri şəxslərdir.
Onlar ölkə daxilində narkokuryer axtarışına keçərək yanlış məlumatlar verir və bu da gənclərin psixologiyasına təsir edir”.
Polis mayoru qeyd edir ki, gəncləri narkotik vasitə istifadəsinə sövq etmək üçün narkotiklər ilk dəfə pulsuz təklif olunur:
“Bu çox ciddi məqamlardan biridir. Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklər olur ki, bundan öncə narkotacirlərin toruna düşən şəxslərin narkotik vasitələrlə təması başlayır. Narkotik vasitələr müəyyən yerlərə yerləşdirilir və bu yeni tora düşən gənclər də gedib onları götürür. Daha sonra artıq narkotik maddənin müqabilində pul tələb edilər. Belə-belə bu şəbəkələrin üzvləri artır. Onların əksəriyyəti sonra peşmançılıqlarını dilə gətirirlər. Onlar elə bilməsin ki, sosial şəbəkə üzərindən hərəkət etdikləri üçün kimlikləri müəyyənləşdirilməyəcək. Daxili işlər orqanlarında narkomaniya ilə mübarizə çərçivəsində mütəmadi olaraq aparılan tədbirlər öz nəticəsini verir”.



Biləcəridə uşaqlara narkotik təklif edilir?
Bakıda qadın narkotacir HƏBS EDİLDİ
Polis Bakıda xüsusi əməliyyat keçirdi - 4 nəfər...
Polislərdən BÖYÜK ƏMƏLİYYAT: Narkotik satışı ilə məşğul olan şəbəkə İFŞA EDİLDİ
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Bakıda ƏMƏLİYYAT: "Batya" ləqəbli şəxs ƏLƏ KEÇDİ
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs ƏLƏ KEÇDİ
Bakıda şok əməliyyat: Ana və oğlu tutuldu
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 