Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat tədbirləri həyata keçirilib. Son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı rayonun müxtəlif yerlərində, xüsusən də “Montin”, “Keşlə bazarı” kimi tanınan ərazilərdə qeyd olunan hüquqazidd əməlləri törədən 12 nəfər saxlanılıb.
ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Yusif Əliyev tutulub. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalar zamanı həmin şəxs narkotik vasitələri Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan Rəşad İsgəndərov və İntiqam Əliyevdən aldığını bildirib. Adları çəkilən həmin şəxslər də qısa zamanda saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onların üzərində və yaşadıqları evlərdə axtarış aparılan zaman külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə, elektron tərəzilər aşkar edilərək götürülüb. İntiqam Əliyev və Rəşad İsgəndərov ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər – Hikmət Musayev, Zaur Əzizov, Manaf Soltanov, Rəşad Qasımov, Ülvi Rəhimli, Orxan İbrahimov, Ruslan Qədimalıyev, Ruhiyyə Əzizova və Xəyal Seyidov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış və şəxsi istifadə məqsədi üçün əldə etdikləri külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib. Bu şəxslər izahatlarında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Təqdim edilən faktların hər biri ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.



Polis əməliyyat keçirdi: saxlanılanlar var
Qusar polisindən əməliyyat: HƏBS EDİLƏNLƏR
Bakıda ƏMƏLİYYAT: "Batya" ləqəbli şəxs ƏLƏ KEÇDİ
Lənkəranda narkoşəbəkə ələ keçdi
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub
Bakıda şok əməliyyat: Ana və oğlu tutuldu
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
Polisdən əməliyyat - Külli miqdarda heroin müsadirə edildi
Polis Bakıda xüsusi əməliyyat keçirdi - 4 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 