Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin KİV-nə verdiyi son müsahibəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, Fransanın predentliyinə namizəd Valeri Pekserin ölkəmizin sərhədlərini pozaraq Xankəndinə səfər etməsini pisləməsi və "Biz Valeri Pekserin qanunsuz yolla Qarabağda olmasını bilsəydik geri qayıdan zaman onu saxlayardıq” deməsi Valeri Pekserin "xoşuna gəlməyib”.
Azərbaycan qanunlarını kobudcasına pozması azmış kimi, dövlət başçısı olmağa can atan bu xanım Azərbaycan dövlətindən üzür istəmək əvəzinə, Azərbaycan Prezidentinin haqlı iradını "qəbuledilməz”, özünə qarşı "təhdid” adlandırmış və Fransa hökumətinin bu "təhdidə” susqun qalmamalı olduğunu bəyan etmişdir. Bu azmış kimi, Valeri Pekser təmsil etdiyi Respublikaçılar Partiyasını Fransa Senatında, Fransa Milli Assambleyasında, Avropa Parlamentində təmsil edən deputatları da daxil olmaqla 242 nəfərin imzası ilə Fransa Prezidenti Makrona müraciət göndərmişdir. Fransa predentliyinə namizəd Valeri Pekserin bu həyasız davranışı, fəaliyyətdə olan prezident Makron başda olmaqla Fransanın rəsmi şəxslərinin Azərbaycana qarşı düşmənçilik münasibətinin bundan sonra da daha ifrat dərəcədə davam edəcəyindən xəbər verir. Azərbaycan Təkamül Partiyası (ATP) hesab edir ki, Azərbaycanın dövlət orqanları, xüsusilə də Xarici İşlər Nazirliyi, bu cür hərəkətlərə səssiz qalmamalı, Azərbaycana qarşı təxribatçılıq hərəkətlərinə sosn qoyulmasını Fransadan tələb etməlidir. ATP, Valeri Pekserin və onu dəstəkləyənlərin Azərbaycana qarşı təxribatçı hərəkətlərini, bəyanatlarını pislədiyini bəyan edir və ölkəmizə qarşı belə hərəkətlərə son vermələrini qətiyyətlə tələb edir!
Azərbaycan Təkamül Partiyası hesab edir ki, Valeri Pekserin və digərlərinin Azərbaycan ərazilərinə qanunsuz səfərlər etməsinin bilavasitə baiskarı "sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulmuş Rusiyadır. Rusiya XİN-nin sözçüsü M. Zaxarovanın bu günlərdə səsləndirdiyi "Laçın koridorundan kimlərin keçməsi ilə bağlı qərarları Rusiya sülhməramlıları verir” deməsi Rusiyanın sülhməramlı kimi deyil, işğalçı kimi davrandığını bir daha təsdiq edir. ATP hesab edir ki, Rusiyanın "sülhməramlı” adı altında Azərbaycanın süveren hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərinə son qoyulması üçün qətiyyətli hərəkətlər atılmalı və Azərbaycanın Laçın koridoruna de-fakto nəzarət etməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir. ATP, Azərbaycan dövlətinin bu istiqamətdə atacağı bütün tədbirləri dəstəkləyəcəyini bəyan edir!
Sədr,Teyyub Qənioğlu



Valeri Pekres Azərbaycanda arzuolunmaz şəxs elan olunacaq
Azərbaycan Sosial Rifah Partiyasından Fransaya SƏRT BƏYANAT
Milli Məclis bəyanat yayıb
Valeri Meladze sevərlərinə SEVİNDİRİCİ XƏBƏR
Hərbi əlaqələr müzakirə edildi
Valeri Meladze 6-cı dəfə ata olacaq
SON DƏQİQƏ: Milli Məclis Senata cavab bəyanat QƏBUL ETDİ
İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul etdi - YENİLƏNDİ
“Qafqazdakı əsas müttəfiqimiz Ermənistandır” – Rusiya Baş Qərargah rəisi
İlham Əliyev Emmanuel Makrona başsağlığı verdi
Prezident akademik Valeri Ulyanişşevinlə bağlı sərəncam imzaladı
SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 