Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlər COVID-19-un sürətlə yayılan "omikron" variantına qarşı effektivliyini azaldıb.
ONN media xəbər verir ki, hesabatda "omikron"un digər variantlara nisbətən daha az ağır xəstəlik və ölümə səbəb olduğu, lakin bir çox ölkədə COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmələrin sayının sürətlə artdığı da ifadə edilib.
"Omikron"un "delta" ilə müqayisədə daha yüksək ikinci dərəcəli hücum nisbətinə sahib olduğu da qeyd edilib.
Yenidən infeksiyaya yoluxma riski yüksəkdir
İngiltərədə aparılan araşdırmaya görə, "omikron"dan sonra virusa təkrar yoluxma "delta"dan 4-5 dəfə yüksəkdir. Peyvənd vurdurmayan insanlarda isə "omikron"a təkrar yoluxma nisbəti 4-6 dəfə müşahidə edilib.
ÜST-nin hesabatında həmçinin vurğulanıb ki, m-RNT texnologiyası ilə hazırlanmış peyvəndlərin effektivliyi "omikron"un yayılması ilə azalıb. ABŞ-da bu mövzuda aparılan araşdırmaya görə, "Moderna" və "Pfizer-BioNTech" peyvəndlərinin 2 dozasını alanlarda bir ay sonra vaksinlərin effektivliyi müvafiq olaraq 30-40 faizə enir. Qeyd olunub ki, peyvəndin 2 dozası tamamlandıqdan 6-7 ay sonra effektivlik 0 faizə enib.
Bununla belə, m-RNA peyvəndlərinin "omikron"un ağırlaşma riskinə qarşı effektivliyində azalma olmayıb. Araşdırmaya görə, "Pfizer-BioNTech" peyvəndlərini tamamlayan insanlarda 3 ay ərzində xəstəxanaya yerləşdirmə riskinə qarşı 70% effektivlik müşahidə edilib. 6 ayda bu nisbətdə azalma olmayıb.



Vaksinlərin "omikron"a təsiri AÇIQLANDI
"Omikron" ştammı dünyanın 89 ölkəsində aşkarlandı
ÜST: “Omikron” ştamına yoluxma sürətlə artır"
Qonşu ölkədə "omikron" sürətlə yayılır
Koronavirusun təhlükəli ştamı AŞKARLANDI
Məşhur virusoloq “omikron”u canlı vaksin adlandırdı
“Omikron”un XE rekombinatı 10% daha yoluxucudur - ÜST
"Omikron" Ermənistana çatdı
Türkiyədə 42 nəfər "Omikron" ştamına yoluxdu
Gürcüstanda "Omikron" ştamına yoluxanların sayı 30-a yaxınlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 