Azərbaycan xarici işlər nazir Ceyhun Bayramovun Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə telefon danışığı olub.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Nazirlər iki dövlət arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə qarşılılıq təbriklər ifadə edilib.
Nazir Ceyhun Bayramov Çin Xalq Respublikasının Qış Olimpiya Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi münasibətilə həmkarını təbrik edib. Nazir, ikitərəfli gündəliyin siyasi, iqtisadi, humanitar istiqamətlərdə uğurla inkişafını vurğulayıb və əlaqələrin daha da irəliləməsi üçün potensialın olduğunu bildirib. Xüsusilə də, Çin şirkətlərinin azad olunmuş ərazilərin bərpası prosesində iştirakı məmnunluqla qeyd edilib.
Nazir Van İ iki dövlət arasında əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib, bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Tərəflər bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsi ilə bağlı prinsipial mövqeyi bir daha vurğulayıblar.
Telefon danışığı zamanı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və digər məsələlər müzakirə edilib.



Ceyhun Bayramov polşalı həmkarı ilə danışdı
Ceyhun Bayramov səfirlə görüşdü
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Bayramov Qaribaşvili ilə görüşdü
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ceyhun Bayramov moldovalı həmkarı ilə danışdı
Bayramov Toshimitsu ilə danışdı
Bayramov gürcüstanlı həmkarı ilə görüşdü - YENİLƏNDİ
Ceyhun Bayramov belaruslu həmkarı ilə görüşüb
Ceyhun Bayramov Pakistanlı həmkarı ilə danışıb və
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 