“Ölkəmizdə demoqrafik artım davam edir və təbii olaraq uşaqların tərbiyəsində valideynlərin üzərinə böyük məsuliyyət düşür”.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır.
“Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür. Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır”, - deyə A.Kərimov diqqətə çatdırıb.
Nazir müavini mövcud məsələyə reallıqlar və perspektivlər nöqteyi-nəzərindən baxmağın vacibliyini qeyd edib.
Onun sözlərinə görə, Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər:
“Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq”.
A.Kərimov qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.



Azərbaycanda ödənişli atalıq məzuniyyətinin olması məsələsinə baxılır
Atalıq məzuniyyəti hansı şərtlərlə veriləcək?
İşləyən qadınların nəzərinə- Məhdudiyyət qoyulacaq
Pensiyaçılara şad xəbər: Oktyabrın 1-dən...
Pensiya alanlara BÖYÜK MÜJDƏ
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu
"Uşaq pulu" bərpa edilir? - Nazirlik RƏSMƏN AÇIQLADI
İnformasiyadan istifadə edilməsi qaydasına dəyişikliklər olunub
Milli Məclisin iclası başladı
Azərbaycanda pensiyalar artacaq? - Nazirlikdən AÇIQLAMA
Bu şəxslərin maaşı arta bilər
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 