Pakistanda qanunsuz silahlı birləşmənin tərkibində döyüşməkdə ittiham edilən Mənsur Cumayev və Nəsir Cahangirovun cinayət işi üzrə məhkəmə yekunlaşır.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı onların hər birinin 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti prosesdə onlara hökm oxunacağı gözlənilir.
Xatırladaq ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin 2021-ci ildə keçirdiyi əməliyyatla saxlanılıb.
İttihama görə, Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur və 1971-ci il təvəllüdlü Cahangirov Nəsirin ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib. Məlum olub ki, M.Cumayev və N.Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və silahlı qruplaşmanın tərkibində döyüş əməliyyatlarında iştirak ediblər.
Faktla bağlı M.Cumayev və N.Cahangirov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham olunub. Onlar törətdikləri cinayət əməlini etiraf edib və peşman olduqlarını bildiriblər.



DTX əməliyyat keçirdi - Həbs edilənlər var - SON DƏQİQƏ
DTX əməliyyat keçirdi: Taliban üçün döyüşən azərbaycanlılar həbs edildi
SON DƏQİQƏ: DTX məlumat yaydı
DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO
Qarabağda döyüşmüş terrorçuya hökm oxundu
Taleh Yusifov Azərbaycana ekstradisiya edilib
DTX-dən SON DƏQİQƏ AÇIQLAMASI: “Cundu Şam”ın üzvü həbs edildi - VİDEO
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
Erməni casuslarının məhkəməsi keçirilir
DƏHŞƏTLİ CİNAYƏT: Əri ilə mübahisə etdi və...
BDU-nun müəlliminə qarşı 50 min manatlıq dələduzluq
Ata Abdullayevə hökm oxundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 