Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib.
ONN media xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.
A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib.
Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq.
AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev isə açıqlamasında bildirmişdi ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq. (ölkə.az)



AMEA-nın Ümumi yığıncağı keçiriləcək
Mehdiyevin istefa ərizəsi qəbul olundu: Yeni prezident...
Ramiz Mehdiyev bu gün istefa verəcək? - Toplantı olacaq
AMEA birinci vitse-prezident seçir: namizədlər kimdir?
Akademiklər toplandı: Nə baş verir?
Ramiz Mehdiyevə daha bir vəzifə verildi
AMEA prezidenti istefa verdi
Bu gün AMEA-ya yeni prezident seçiləcək?
AMEA-da iki vacib təyinat
AMEA-ya yeni vitse-prezident seçildi
Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 