İndiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 6,3 milyard ABŞ dolları, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları investisiya qoyub.
ONN media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Udmurtianın ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə bildirib.
"Rusiya ölkəmizə investisiya qoyuluşunun 5 milyard dolları neft, 1,3 milyard dolları isə qeyri-neft sektoruna yönəldilib. Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu isə demək olar ki, tamamilə qeyri-neft sektorunun payına düşüb", - deyə o, qeyd edib.
Nazir müavini həmçinin deyib ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir: "2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard ABŞ dolları olub. Bunun 2,1 milyard dolları Rusiyadan idxalımızın, 0,921 milyard dolları isə bu ölkəyə ixracımızın dəyəridir. Ötən il Rusiya ilə ticarət xarici ticarət dövriyyəmizdə 8,83% paya malik olub. O cümlədən qonşu ölkənin idxalımızda payı 17,72%, ixracımızda payı isə 4,15% təşkil edib. 2020-ci illə müqayisədə Rusiya ilə ticarət 12,1%, bu ölkəyə ixrac 29,8%, bu ölkədən idxal isə 5,7% artıb".
"Rusiya şirkətləri indiyə qədər 273,9 milyon ABŞ dolları dəyərində 68 layihədə podratçı qismində iştirak edib. Ölkəmiz Rusiyanın müxtəlif regionları ilə ticarət-iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir və biz bu tendensiyanı hər iki ölkənin dövlət başçılarının dəstəkləməsindən məmnunuq. Fürsətdən istifadə edərək, bu gün buraya toplaşan biznes ictimaiyyətinin nümayəndələrini fəal olmağa, ticarət və investisiya əməkdaşlığı üçün yeni imkanlar yaratmağa çağırıram", - deyə N.Səfərov əlavə edib.



Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
Rusiya Ermənistana 1 milyard sərmayə yatıracaq
Ticarət əməliyyatlarının həcmi 3.6 milyard dolları ötdü
Azərbaycan ən çox bu ölkələrə məhsul ixrac edib - SİYAHI
Hava nəqliyyatı ilə yük daşımalarının dəyəri artdı
Avropa şirkətləri Azərbaycana 20 milyard dollar yatırıb
Gürcüstanın Azərbaycana olan borcu NƏ QƏDƏRDİR?
Azərbaycanın ixrac məhsullarının dəyəri 14 milyard dolları ötüb
Bu ölkə Türkiyəyə 10 milyard dollar SƏRMAYƏ AYIRDI
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Azərbaycanın valyuta ehtiyatları 53 milyard dolları keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 