Ermənistan verdiyi vədləri yerinə yetirməlidir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşərkən deyib.
Nazir bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycanın üçtərəfli bəyanatların icrası ilə bağlı gördüyü işlər barədə məlumat verib.
C.Bayramov bölgədə sülh quruculuğu səylərinin dəstəlklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşləri qeyd edib. O, bu görüşlərdə əldə edilən razılaşmalardan bəhs edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməsinin vacibliyini, o cümlədən hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatın Ermənistan tərəfindən təqdim edilməsini vurğulayıb.
Nazir Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirildiyini bildirib.
T.Klaar Azərbaycan Prezidenti ilə keçirilən görüşə istinad edib. O, Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. T.Klaar səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.
Tərəflər həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.



Ermənistan sülhə mane olur- Ceyhun Bayramov
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşdü
Ceyhun Bayramov və Aİ-nin xüsusi nümayəndəsi arasında telefon danışığı olub
NATO-nun xüsusi nümayəndəsi Azərbaycana təşəkkür etdi
Bayramov Borelə Gəncənin atəşə tutulması barədə məlumat verdi
Ceyhun Bayramov və ABŞ rəsmisi telefonla danışıb
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Erməni hərbçiləri Azərbaycan ərazisindən tam çıxmayıb- Ceyhun Bayramov
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verdi
XİN rəhbərindən növbəti açıqlama
Ceyhun Bayramov Maio ilə danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 