Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət görülür.
Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi məlumatlarını izləmələri tövsiyə edilir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.



Ukraynadakı azərbaycanlılar üçün yaradılan qaynar xətlərin sayı artırılıb - SİYAHI
Azərbaycan vətəndaşları quru yolla Ukraynadan Moldovaya keçə bilər - RƏSMİ
Ukraynanı tərk edən vətəndaşlarımızın sayı AÇIQLANDI
Xarkovdan 30 azərbaycanlı çıxarıldı
Rəsmi Bakı bununla bağlı çağırış etdi
Türkiyədən vətəndaşlarına bu ölkə ilə bağlı çağırış
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı
Azərbaycan İrana səfər etmək istəyənlərə müraciət etdi
Qazaxıstan buna görə vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ
Livanı təcili tərk edin- XİN-DƏN MÜRACİƏT
Tehran Ukraynadakı vətəndaşlarına çağırış etdi
Azərbaycanın Fransadakı səfirliyi prezident seçkisi ilə bağlı çağırış edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 