Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar İsveç və Norveçdə keçirilən tədbirlərdə iştirak edəcək.
Dövlət Komitəsi rəhbərliyinin fevralın 25-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilmiş anım mərasimi və sərgidə iştirakı nəzərdə tutulur.
Sərgidə məşhur fotoqraf Mikael Silkebergin 2021-ci ildə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələrək işğaldan azad olunmuş ərazilərdə lentə aldığı 30-dan artıq foto nümayiş etdiriləcək.
Səfər çərçivəsində İsveç rəsmiləri, burada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri və yəhudi icmasının rəhbəri ilə görüşlər də planlaşdırılır.
Fevralın 27-da isə Dövlət Komitəsinin sədri Norveçin paytaxtı Osloda Norveç Azərbaycanlı Gənclər Təşkilatının nəzdindəki Nizami Gəncəvi adına həftəsonu məktəbində olacaq, daha sonra Dövlət Komitəsinin dəstəyi ilə “CAN” təşkilatının keçirdiyi Xocalı soyqırımına həsr olunmuş sərgi və anım tədbirində iştirak edəcək. Səfər çərçivəsində müxtəlif rəsmi şəxslər və Azərbaycan icmasının nümayəndələri ilə görüşlər də nəzərdə tutulur.



Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq
Azərbaycanın diaspor fəalları koronaya yoluxdu - RƏSMİ
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı il dönümünü qeyd edilib
MM-in Gənclər və idman komitəsinin yeni üzvləri kimdir?
Komitə sədri Fuad Muradov Gürcüstana gedir
Londonda Pakistan icması ilə görüş keçirildi
Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızla görüşdü
Daha bir mətbuat katibi vəzifəsindən azad edildi
Türkiyədə Xocalı faciəsi anılacaq
Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşdü
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 