Sentyabrın 22-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyədə yaşayan soydaşlarımızla görüşüb. ONN media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə İstanbulda keçirilən tədbirdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan dərnəklərinin rəhbərləri, ictimai, elm və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib. Çıxış edən Fuad Muradov müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib. Komitə sədri Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin göstərişinə əsasən dünyada keçirilən tədbirlər, Azərbaycanın diaspor siyasəti və fəaliyyət istiqamətləri, bu istiqamətlərdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaq haqqında məlumat verib. Şamil Ayrım Azərbaycan-Türkiyə münasibətlərinin dünya dövlətləri üçün bir nümunə olduğunu bildirib. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Ş.Ayrım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu münasibətlərə xüsusi dəyər verməsi və onların inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətləri barədə danışıb. Tədbirdə Türkiyənin bəzi bölgələrində yaşayan ermənilərin vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxışlarına qarşı Azərbaycan diasporunun, eləcə də bütün türk dünyasının davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb. Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun iş prinsipləri haqqında məlumat verilib, fondun təqdimatı ilə bağlı videoçarx nümayiş etdirilib. Tədbir çərçivəsində ilk Azərbaycan Demokratik Respublikasının qurucularının varislərinə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalı təqdim edilib.
Komitə sədri Türkiyədə yaşayan soydaşlarımızla görüşdü



Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 16-cı il dönümünü qeyd edilib
Komitə sədri Fuad Muradov Gürcüstana gedir
Torontoda Azərbaycan Evinin açılışı oldu
Fuad Muradov Gürcüstanın dövlət naziri ilə görüşdü
Fuad Muradov İsveçə səfərə getdi
Abdullah Eren Bakıda
Əli bəy Hüseynzadənin qızı vəfat etdi
Dmanisidəki azərbaycanlıların mağazası fəaliyyətini bərpa etdi
Azərbaycanın diaspor fəalları koronaya yoluxdu - RƏSMİ
Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq
Azərbaycanın haqq savaşına kölgə salmaq üçün... - Fuad Muradov
Azərbaycan diasporu Türkiyəyə yardım göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 