Kremlin təbliğatçıları Rusiyanın hərbi cinayətlərinə görə cavabdehlik daşıyacaq.
ONN media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
O xatırladıb ki, dünən işğalçılar Mariupolda doğum evini və uşaq xəstəxanasını atəşə tutub, nəticədə 17 nəfər (qadınlar, uşaqlar, həkimlər - red.) yaralanıb, 3 nəfər ölüb (onlardan biri azyaşlı qızdır - red.).
Zelenskinin sözlərinə görə, bu, Rusiya televiziyasında da yayımlanıb: “Bu, onların tok-şousunda idi, amma bir söz demədilər. Ruslara yalan danışdılar ki, guya xəstəxanada xəstə yoxdur, doğum evində isə qadın və uşaq yoxdur. İddiaya görə, guya ora millətçilərin məskunlaşdığı yerdir. Onlar həmişə olduğu kimi, arxayın şəkildə yalan danışırlar”.
Ukrayna dövlət başçısı vurğulayıb ki, müharibə cinayətləri onları ört-basdır edən təbliğatçılar olmadan mümkün deyil.
“Mən onlara bir şeyi demək istəyirəm: siz və mülki əhalinin bombalanması əmrini verənlərin hamısı eyni şəkildə cavab verəcəksiniz. Biz təbliğatçıların və onlarla əlaqəli şəxslərin bütün əmlakını tapacağıq. Harada olursa olsun, onun müsadirə olunması üçün hər şeyi edəcəyik. Zəngin həyatı sevirsiniz, elə deyilmi? Çiçəklənən ölkələri sevirsiniz? Artıq sizdə olmayacaq. Və bu, yalnız başlanğıcdır. Siz müharibə cinayətlərində iştirak etdiyinizə görə mühakimə olunacaqsınız. Və bu, mütləq baş verəcək, Rusiya vətəndaşları sizə nifrət edəcəklər. İndi hər gün və uzun illər ard-arda aldatdığınız hər kəs yalanlarınızın nəticələrini anlayanda, bunu pul kisələrində hiss edəcəksiniz. Getdikcə azalan imkanlarınızda, rus uşaqlarının oğurlanmış gələcəyində hiss edəcəksiniz”, - Zelenski əlavə edib.



Zelenski NATO-ya XƏBƏRDARLIQ ETDİ: Əgər səmamızı bağlamasanız...
Biz döyüşürük, Qərb uzaqdan izləyir - Zelenski
İşğalçılar insanlığı düşmən kimi müəyyənləşdiriblər - Zelenski
Zelenski rusların son itkilərini açıqladı
Nüvə silahından yalnız Putin istifadə edə bilər-Zelenski
Zelenski Rusiya hərbçilərinə müraciət edib: “Ya ölməyi, ya da təslim olmağı seçin”
Bu oyun Rusiyanın ənənəvi üsuluddur - Zelenski
Zelenski atəşə tutuldu
Zelenski rus analara müraciət edib: "Oğullarınıza həqiqəti deyin"
Zelenski bununla bağlı XƏBƏRDARLIQ ETDİ
Zelenski yenidən açıqlama yaydı- Bu film deyil!
Zelenski Baydenlə danışdı - 3 mühüm təklif
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 