“Avropada nüvə silahından yalnız bir subyekt istifadə edə bilər - Ukrayna deyil, Rusiya Prezidenti Vladimir Putin”.
ONN media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
O, xatırladıb ki, son sutkada Rusiyanın müdafiə naziri Sergey Şoyqu “telefon karuseli” təşkil edib və xarici işlər nazirlərinə hansısa “çirkli nüvə bombası” haqqında hekayələrlə zəng edir.
Zelenski qeyd edir ki, eyni zamanda, hər kəs “bu müharibədə təsəvvür edilə biləcək çirkin hər şeyin mənbəyinin kim olduğunu” yaxşı bilir.
“Zaporojye AES-də radiasiya fəlakətini şantaj edən Rusiyadır; Rusiya raketlərinin, xüsusən də Ukraynanın nüvə obyektlərinin üzərindən keçən trayektoriyadır; Kaxovskaya su elektrik stansiyasının bəndini və bloklarını minalayan Rusiya hərbçiləridir. Stansiyanı partlatmaqla şantaj edir, mülki infrastruktura qarşı fosforlu sursatlardan, qadağan olunmuş piyada əleyhinə minalardan və bütün spektrli silahlardan istifadə edən Rusiyadır”, - Ukrayna Prezidenti vurğulayıb.
“Əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, deməli, bu, bir o deməkdir ki, Rusiya bütün bunları artıq hazırlayıb”, - Zelenski əlavə edib.
Ukrayna Prezidenti hesab edir ki, indi dünya mümkün qədər sərt reaksiya verməlidir:
“Çünki bizə nə qədər güclü dəstək verilsə, bu müharibə və mümkün Rusiya təhdidləri bir o qədər tez bitəcək. Terrorçu dövlət payı qaldıranda bunun nəticə verməyəcəyini hiss etməlidir”, - Zelenski deyib.
O, bəyan edib ki, gələn həftə Ukrayna diplomatiyası üçün bir nömrəli vəzifə - baş verənləri izah etmək olacaq. O, əmindir ki, dünya Ukrayna ilə olacaq. Qafqazinfo



Zelenskidən ŞOK XƏBƏRDARLIQ
Ukrayna nüvə silahını geri tələb etdi
Rusiya bu halda nüvə silahından istifadə edəcək
Putinin Ukrayna ilə bağlı planları ORTAYA ÇIXDI
Putin nüvə silahı ilə bağlı açıqlama yaydı
Pentaqon Peskovun “nüvə bəyanatı"na CAVAB VERDİ
Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
Zelenskidən QORXUNC PROQNOZ : "Bu, Avropanın sonu ola bilər"
Putin nüvə raketlərinin sınağına start verdi
Putin nüvə silahından istifadə edə bilər?
ABŞ Putinlə bağlı açıqlama verdi- Tədbir görmürük
Peskovun nüvə təhdidi: Putin nə demək istəyir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 