Daxili İşlər Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə DİN-in rəsmi internet saytında (mia.gov.az) “Müraciətin statusunu yoxla” xidməti əlavə olunub.
ONN media xəbər verir ki, bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi deyib ki, yeni yaradılan xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.
“Müraciətin statusunu yoxla” bölməsindən DİN-ə göndərilən müraciətlərin statusuna nəzarət və onun icra vəziyyəti barədə informasiya əldə etmək mümkün olacaqdır. Bunun üçün DİN-ə onlayn müraciət etmiş şəxs Nazirliyin rəsmi saytına (https://mia.gov.az/az/menu/30153/ ) daxil olmaqla, qeyd edilən elektron xidməti seçərək açılan pəncərəyə müraciətin qeydiyyata alınması nömrəsini daxil edir.
Bu barədə telefona gələn təsdiq kodunu əlavə etdikdən sonra müraciətin icra vəziyyəti barədə informasiya ona təqdim edilir.



Hərbiçilərə ŞAD XƏBƏR
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
DİN-in Teleqram səhifəsi fəaliyyətə başladı
İcra başçısının oğlu polis sistemindən çıxarıldı
Vaqif Əsədov təltif edildi
Vilayət Eyvazov sıra baxışı keçirdi
Azərbaycanda əri tərəfindən döyülən qadınların sayı MƏLUM OLDU
MN-dən Vətən müharibəsindən qayıdan şəxslərə MÜRACİƏT
Karantinlə bağlı bu tələb qüvvədə qalır - DİN
DİN-də GÖZLƏNİLMƏZ KADR DƏYİŞİKLİKLƏRİ
Sizə "Stop" qoyulub qoyulmadığını belə öyrənin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 