Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ONN media xəbər verir ki, nazir və Dövlət Komissiyasının həmsədri Rüstəm Qasimi İran Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Seyid İbrahim Rəisiyə çatdırmağı xahiş edib.
Görüşdə bölgədə yaranmış yeni reallıqların əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Xüsusilə nəqliyyat sahəsində bu gün imzalanacaq Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun önəmi vurğulandı. Bu, dostluq əlaqələrimizin təzahürü kimi dəyərləndirildi və onun imzalanmasının yeni nəqliyyat yollarının açılmasına xidmət edəcəyinə əminlik ifadə olundu. Yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağı qeyd edildi. Vurğulandı ki, bu gün Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.
Görüşdə İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə işə başlamalarından məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə önəmi bildirilib. Bu baxımdan aviareyslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.



Bu gün Azərbaycanla İran arasında yeni sənəd imzalanacaq
Prezident iranlı naziri qəbul etdi
İlham Əliyev Zəngəzurla bağlı fərman imzaladı
Əliyev açıqladı: Ermənistandan müsbət xəbərlər alırıq
İlham Əliyev İranla əməkdaşlıqdan danışdı
Hikmət Hacıyev: Bu tarixi hadisədir
İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik etdi
Zakir Həsənov İran Prezidenti ilə görüşüb
Prezident İranın Xarici İşlər nazirini qəbul etdi
İlham Əliyev Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
Prezident serbiyalı naziri qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 