Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm İmaməlini qəbul edib.
Prezident İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin səfərinin səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlət başçısı özünün Tacikistan Prezidenti İmaməlla Rəhmanla təmaslarının və qarşılıqlı dəstəyin önəmini qeyd edib.
Dövlət başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirib, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm İmaməli, ilk növbədə, Tacikistan Prezidenti İmaməli Rəhmanın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.
Rüstəm İmaməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyev Tacikistanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İmaməli Rəhmana çatdırmağı xahiş edib.



Prezident Rüstəm Emoməlini qəbul edib
Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalandı
İlham Əliyevlə Monteneqro parlamentinin sədri arasında görüş oldu - YENİLƏNİB
Sahibə Qafarova Tacikistana rəsmi səfər edib
Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Emoməli Rəhmon İlham Əliyevə zəng etdi
İlham Əliyev Gürcü naziri qəbul etdi
Prezident BƏƏ nazirini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Fuad Oqtayla görüşdü
İlham Əliyev iranlı naziri qəbul etdi
İlham Əliyev pakistanlı naziri qəbul edib - YENİLƏNİB
Naxçıvan Ali Məclisi də buraxılacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 