Avropa Kosmik Agentliyinin (ESA) Günəşi müşahidə peyki olan “Solar Orbiter”in martın 26-da Günəşin ən yaxın mövqeyinə çatacağı gözlənilir.
ONN media xəbər verir ki, ESA-nın saytında yer alan xəbərə görə, hazırda Yer kürəsi və Günəş arasında yolun az qala yarısından keçən peyk martın 14-də Merkuri orbitində, 26-da isə Günəşə bu planetdən də daha yaxın olacaq.
Peyk Günəşin atmosferini və maqnit sahəsini, eləcə də kosmosda günəş küləyi kimi tanınan hissəciklərin sabit axınını öyrənəcək. Kosmosdakı bu unikal yerin alimlərə kosmik hava və Günəş-Yer əlaqəsini araşdırmaq üçün daha çox imkanlar açacağı gözlənilir.
ESA qeyd edib ki, alimləri Yerə yaxın işləyən digər kosmik gəmilərlə əlaqəli işləyərək bugünkü Yer-Günəş xəttinin tranzitini öyrənmək üçün “Solar Orbiter” müşahidələrindən istifadə edəcəklər.
600 dərəcə selsiyə qədər olan temperaturra tab gətirmək üçün qurulan “Solar Orbiter” hazırda Günəşdən təxminən 75 milyon kilometr uzaqlıqdadır və getdikcə yaxınlaşır.
Sensor və kameralarla təchiz edilən peykin Günəşə 42 milyon kilometrə yaxın yaxınlaşaraq bir çox naməlum məqamları araşdıracağı gözlənilir.
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA tərəfindən də dəstəklənən ESA-nın “Solar Orbiter” müşahidə peyki Günəş haqqında məlumatları daha da dərinləşdirmək üçün 2020-ci ilin fevral ayında ABŞ-dakı “Cape Canaveral” kosmik stansiyasından buraxılıb. Birgə missiya təxminən 1,5 milyard avroya başa gəlir.



Merkuri planetinin İLK FOTO
Fevralın 7 -də NƏ BAŞ VERƏCƏK? - XƏBƏRDARLIQ
Hindistan Günəşə peyk göndərdi
Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
Maqnit qasırğası olacaq
Hava ilə bağlı XƏBƏRDARLIQ- Qasırğa gözlənilir
Mütəxəssislərdən ŞOK XƏBƏRDARLIQ: Yaxın saatlarda dünyaya çırpılacaq
Kosmik hava durumu - AÇIQLANDI
Bu tarixdə güclü geomaqnit qasırğası gözlənilir
Əhaliyə vacib xəbərdarlıq
İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək
Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 