Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"sunun futbolçuları "Hayduk" klubuna qarşı Xorvatiya Liqasının XXVII tur oyunundan öncə xoşagəlməz hadisə ilə üzləşiblər.
ONN media xəbər verir ki, Split şəhərindəki derbinin startına bir neçə saat qalmış yerli azarkeşlər qonaq komandanın oyunçularını daşıyan avtobusa daşla hücum çəkiblər.
Eyni hadisə nəqliyyat vasitəsi matçın oynanıldığı "Polyud" stadionuna yaxınlaşdığı vaxt da təkrarlanıb. Avtobusun şüşələri qırılsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bundan başqa, yerli polis oyun vaxtı iğtişaş yaratmağa və ictimai asayişi pozmağa cəhd edən 89 nəfərin saxlanıldığını bildirib. Onlardan ümumilikdə 35 pirotexniki vasitə, 1 ədəd qaz tapançası və 154 ədəd patronu aşkar edərək götürülüb.
Prinsipial qarşılaşma qolsuz yekunlaşıb. Start heyətində yer alan Emreli 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.
Xatırladaq ki, Mahir Emreli Polşa "Legiya"sından məhz azarkeşlərlə insidentə görə ayrılıb.(report)



Mahir Emreli “Sevilya”ya qarşı oynaya biləcək
Mahir Emrelinin yeni klubu bəlli oldu
"Qarabağ"dan Mahir Emrelinin vəziyyəti ilə bağlı AÇIQLAMA
Azarkeşlər "Legiya"nın prezidentini təhqir edib
Mahir Emreli komanda yoldaşı ilə dalaşıb?
FİFA Mahir Emrelinin qadağasını ləğv etdi
"Dinamo"dan "Sevilya" ilə oyun öncəsi Mahir qərarı
ÇL-də qrup mərhələsinə start verildi
Mahir Emreli “Legiya” forması ilə ilk oyunda het-trik etdi
Emrelinin adından dələduzluq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 