"Mail.ru", "Vkontakte" və "Odnoklassniki" defolt təhlükəsi ilə üzləşib.
Rusiyanın əvvəllər "Mail.ru Group" kimi tanınan "VK Holdinq"i ("Vkontakte", " Odnoklassniki ", "Mail.ru", "M.Games" və s. servislər daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti yoxdur:
"İstiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək. "VK Holdinq"in rəhbəri Vladimir Kiriyenkodur (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur), hansı ki, onun özünə də sanksiya tətbiq edilib.
Eyni zamanda, Amerikanın NASDAQ birjasında Rusiyanın məşhur internet mağazası "Ozon.ru" və Nyu-York Fond Birjasında "Yandex" (1,2 milyard dollar) şirkəti də eyni problemlə üzləşib".
Ekspertin sözlərinə görə, Rusiyanın rəqəmsal mühiti çökmək üzrədir, bir yandan xarici texnoloji şirkətlər Rusiya bazarını tərk edib, digər tərəfdən də Rusiyanın özünün rəqəmsal şirkətləri iflasla üzləşib: "Artıq Rusiyadan xeyli sayda İT şirkətlər və İT mütəxəssislər də iş üçün, miqrasiya üçün bizim İT sektora müraciətlər etməkdədir".



Bu gün Rusiya defolt ola bilərmi?
"Rusiyada dərin çöküş olacaq"
Bu sosial şəbəkələrə giriş pulsuz olacaq – SİYAHI
Radikal qruplaşmanın lideri Azərbaycanda saxlanıldı? - RƏSMİ AÇIQLAMA
"Azera Holdinq"də yeni təyinat olub
Putin Donbasa nə vaxt gedəcək?
Böyük media ailəsinə yeni üzv gəlir
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan internetinə yaratdığı RİSKLƏR
Daha bir ölkədən Rusiyaya böyük zərbə
ABŞ Rusiyaya yeni sanksiya paketi hazırlayıb
Putin Zelenski ilə görüşə hazırdır: "Ukrayna bir addım da geri atmayacaq"
APA yenidən fəaliyyətə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 