Bu gün Qərb cəbhəsində üç böyük toplantı keçiriləcək: NATO-nun fövqəladə zirvəsi, G-7 zirvəsi və Avropa İttifaqı liderlərinin görüşü.
Hər üç görüşdə Moskvaya qarşı yeni addımların atılması qərarı gözlənilir, lakin bu qərarların Rusiyanın Ukraynada işğal hücumunu dayandıracağı gözləntisi azdır.
Ukraynanın əsas iki tələbi var:
- Hava məkanının bağlanması;
- Döyüş təyyarələrinin və hava hücumundan müdafiə sistemlərinin verilməsi;
Qərb cəbhəsinin mövqeyi, xüsusilə “Üçüncü Dünya müharibəsindən çəkinməklə” bağlı əsası Kiyevin bu tələblərinin yenə havada qalacağını deməyə əsas verir. NATO Baş katibi Yens Stoltenberqin açıqlaması da bu yöndədir.
“Bizim istəyimiz müharibənin Ukraynadan çıxmaması və NATO-Rusiya münaqişəsinə çevrilməməsidir, çünki bu daha çox ölüm və dağıntılara səbəb olacaq”, - baş katib bildirib.
O, Kiyevə veriləcək dəstəyin nə olacağını da açıqlayıb:
- Əlavə hərbi yardım;
- Kibertəhlükəsizliklə bağlı yardım;
- Kimyəvi, bioloji, radioaktiv və nüvə təhlükəsindən qorunmaq üçün avadanlıqlar.
NATO və G-7 zirvəsinin Qərb blokunun daha sıx birləşməsi, Şərqi Avropa boyunca – Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrin təhlükəsizliyinin qorunması məqsədi daşıdığı görünür. Ukrayna motivdir.
NATO-ya üzvlük məsələsindən imtina edən və NATO-nun zirvə görüşündə üzvlük məsələsinin ümumiyyətlə müzakirə edilməyəcəyi Ukrayna üçün Aİ-yə üzvlük aktual məsələlərdəndir.
Lakin bu gün müzakirə ediləcək bu məsələ ilə bağlı qərarın veriləcəyi də sual altındadır.(axar.az)



NATO-nun yeni baş katibi qadın ola bilər
NATO-nun fövqəladə iclası başlayıb
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü
NATO-dan sanksiya açıqlaması
NATO Stoltenberqlə bağlı qərar verdi
ABŞ Rusiyadan niyə çəkinir?
NATO geri addım atdı- Səbəb isə...
Rusiya NATO ilə müharibəyə girəcək?
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı 