Türkiyədə 10 EE 111 Azərbaycan seriyalı avtomobilə yazılmalı olan cərimə səhvən eyni seriyalı traktoru idarə edən Emine Tüzünə yazılıb. Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb. Nəticədə məlum olub ki, cərimələnməli olan nəqliyyat vasitəsi 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir.
Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən qadına kəsilib. Daha sonra həmin cərimə ləğv olunub.
Yol hərəkəti qaydalarını pozan şəxsin Binəqədi rayon sakini Eldəniz Həsənov olduğu, əvvəllər 10 EE 111 dövlət nömrə nişanının “Range Rover” markalı avtomobildə olduğu, hazırda isə “BMW 430” markalı avtomobildə istifadə edildiyi bəlli olub.
ONN media xəbər verir ki, “Qafqazinfo” sözügedən avtomobilin sahibi Eldəniz Həsənovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında problemin kameranın cəriməni yanlış şəxsə göndərməsindən qaynaqlandığını bildirib:
“Mən Türkiyədə həmişə Azərbaycan nömrəsi ilə avtomobil idarə etmişəm. Sadəcə məlumatı şişirdiblər. Mənə cərimə gələndə heç vaxt saxlamıram, ödəyirəm. Çünki maşını belə sürməyə icazə vermirlər. Türkiyə saytları reytinq üçün bunu xəbər ediblər. Bu, Türkiyə polisinin səhvi deyil. Çox güman ki, şəhər kameralarının səhvidir. Yəqin ki, mən qaydanı pozanda kamera avtomatik olaraq mənim nömrəmi çəkib eyni nömrəli Türkiyə nömrəsinə göndərib. Bir sözlə, kameranın problemidir”.



Azərbaycanda iş adamının sərxoş kürəkəni lüks avtomobillə dörd nəfərin ölümünə səbəb oldu – VİDEO
İcra başçısı özünə 250 minlik “Rang Rover” aldı — FOTOLAR
SON DƏQİQƏ: Qəzaya görə bu yolda SIXLIQ YARANIB
Qızların çılpaq videosunu yayan biznesmenin başına elə bir oyun açdılar ki...
Sumqayıtda zəncirvari yol qəzası olub
"Renc Rover"lə YPX maşınını vuran sürücü həbs edildi
Bakıda 40 minə maşın nömrəsi satılır - Foto
Bakıda gecə dəhşətli qəza: lüks avtomobil belə aşdı - Sürücü yerindəcə öldü - VİDEO
“Range Rover”lə qəza-ÖLƏNLƏR VAR
Bakıda avtoxuliqan həbs edildi və...
Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı REYDƏ BAŞLADI
Azərbaycanda qorxunc hadisə - "Range Rover"i üstünə sürdü və...
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 