“Nəsimi rayonunda yol hərəkət iştirakçılarına təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib”.
ONN media xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədovun sözlərinə görə, 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault Tondar” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Umud oğlu Babayev rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb.
O, idarə etdiyi avtomobilə başqa dövlət nömrə nişanı – 10 PS 510 nömrə nişanı vurmaqla idarə edib, hətta, bəzən nömrədəki “P” hərfinə rəngli yapışqanla müdaxilə edərək “R” halına salıb.
Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək, həmin gün oradan qaçmağa müvəffəq olub.
Lakin o, avqustun 21-də Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Umud oğlu Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub, eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib.
Bakıda avtoxuliqan həbs edildi və...



Avtoxuliqanlıq edən Astara sakini HƏBS EDİLDİ
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
Azərbaycanda sərxoş traktor sürücüsü hoqqa çıxardı - HƏBS EDİLDİ
Saxta nömrə ilə avtomobil sürürdü - Polis HƏBS ETDİ
Avtoxuliqanlıq edən sərxoş sürücü YAXALANDI
Yük maşını ilə "avtoşluq" edən şəxs HƏBS EDİLDİ
Avtoxuliqanlıq edən gənclər saxlanıldılar
Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanıldı
Gədəbəydə avtoxuliqan HƏBS EDİLDİ
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
Toya tələsən sürücü avtoxuliqanlığa görə saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 