"2023-cü ildən sonra Türkiyə tamamilə fərqli bir dövrə qədəm qoymuş olacaq".
ONN media xəbər verir ki, bunu ölkə lideri Rəcəb Tayyib Ərdoğan Dolmabahçedə şəhid ailələri ilə verilən iftar yeməyində çıxış edərkən deyib.
Onun sözlərinə Ramazan ayları koronavirus epidemiyasına görə kədərli keçirilib:
"İnşallah, bir neçə ay ərzində bunu gündəmimizdən çıxarmağı hədəfləyirik".
"Biz sıx siyasi, iqtisadi və tarixi əlaqələrimiz olan Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq üçün böyük səylər göstəririk.
Suriyada daha əvvəl gördüyümüz humanitar faciələr Ukraynadakı kimidir. Bu cədvəl bizə Vətənimizi qorumağın vacibliyini bir daha göstərdi", - Ərdoğan qeyd edib.
“Oynanılan oyunları pozduq”
"Dünyanın ən köklü ənənəsi olan, dünyanın ən möhkəm birliyi olan bir xalq olaraq özümüzü heç vaxt bu vəziyyətə salmamışıq və qoymayacağıq.
Millətimizlə birlikdə üzərimizdə oynanılan oyunları bir-bir pozduq. Gələcəyimizə xələl gətirmədik. Küçələri qarışdırmaq, ölkəni od və qan içində boğmaq istəyənlərə imkan vermədik, verməyəcəyik.
İqtisadiyyatımızda gözü olanlara qarşı var gücümüzlə mübarizə aparırıq. İnşallah, biz bu mübarizəni uğurla yekunlaşdırıb ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı sırasında yerləşdirəcəyik.
Təbii ki, çətinliklərimiz var. Ancaq unutmayın ki, bizim də imkanlarımız var. Təbii ki, bizim problemlərimiz var. Ancaq unutmayın ki, ümidimiz daha böyükdür. Hər şeydən əvvəl əlimizdə olanların qədrini bilməliyik.
Dünya iqtisadi sarsıntıların gətirdiyi işsizlik ağrısını çəkərkən, biz məşğulluq, istehsal və ixracatımızla hədəflərimizə doğru addım-addım irəliləyirik. 2023-cü ildən sonra Türkiyə tamam başqa bir dövrə qədəm qoymuş olacaq.
İnanırıq ki, şəhidlərimizə, qazilərimizə rəhmət borcumuzu ödəməyin ən yaxşı yolu ölkəmizin 2023 hədəflərinə çatmaq və 2053 baxışını gənclərimizin öhdəsinə buraxmaqdır", - Ərdoğan bəyan edib.



Biz 4 ölkənin planını pozduq- Ərdoğan
Ərdoğandan XƏBƏRDARLIQ: "Oxşar problemlər yaşana bilər"
Ərdoğandan prezident seçkiləri ilə bağlı KRİTİK AÇIQLAMA
Türkiyə və Ukrayna arasında tarixi müqavilə...
Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA: "Nə mübarizə lazımdırsa..."
Ərdoğan Lukaşenko ilə görüşdü- NƏ MÜZAKİRƏ OLUNDU?
Ərdoğandan SON MESAJ: "Buradan Azərbaycana..."
Ərdoğan 13 ildən sonra İraqa tarixi səfər etdi
Ərdoğan danışdı- Dünyanın taleyi...
Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət etdi - AÇIQLAMA
İsrailin növbəti hədəfi Türkiyədir - Ərdoğandan şok
Ukraynanı görürsünüz? Dərs alacağıq - Ərdoğan
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 