Ötən ilin sentyabrdan başlayaraq sərnişinlərimizin “BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb.
ONN media bildirir ki, bu sözləri axar.az -aaçıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “BakıKart” terminallarının yığışdırılması barədə suala cavab olaraq bildirib.
O bildirib ki, hazırda dayanacaqlardan kənarda da “BakıKart”ın balansını artımaq imkanı yaradılıb:
“Əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 “MilliÖn” və 50 ədəd “BakıKart” terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir. Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. “MilliÖn” terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi “BakıKart” balansınızı da artıra bilərsiniz. Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox “MilliÖn” var, bu, artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, “BakıKart”ın balansını artırmaq üçün hansısa avtobus dayanacaq məntəqəsində terminal axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan “MilliÖn” terminalları ilə edə bilərlər”, - o qeyd edib.



"BakıKart"dan gözlənilən yenilik- ARTIQ...
Bu marşrutda gediş haqqı “BakıKart”la ödəniləcək
Bu marşrut xətti üzrə gediş haqqı “BakıKart”la ödəniləcək
"Bakı Kart" ilə bağlı YENİLİK
"BakıKart"ın balansını onlayn artırmaq mümkün olacaq
Sabahdan bu marşrut xətti də "BakıKart"a keçir
Sabahdan bu marşrut kartla ödənişə keçir
“BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?
DİQQƏT: Daha bir avtobus kartla ödənişə keçir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 