Son günlər ödəniş terminallarında “BakıKart”larla bağlı müəyyən problemlər yaşanır. Daha doğrusu, çətinlik əsasən pul yükləmələrilə bağlıdır. Adıçəkilən problem isə daha çox “MilliÖn” və “BakıKart” ödəmə terminallarında yaşanmaqdadır. ONN media xəbər verir ki, paytaxtın “Nərimanov”, “Memar Əcəmi”, “20 Yanvar”, “Azadlıq prospekti” metrostansiyalarının yaxınlığındakı “MilliÖn” ödəniş terminallarında bu kimi problemlər analoji hal alıb. Səhər və axşam çağlarında evdən işə, işdən evə tələsən vətəndaşlar gedişhaqqı kartlarına pul yükləməkdə çətinlik çəkirlər. Bəs problem nədən qaynaqlanır? Bəzi ödəniş terminallarında həm dəmir, həm də kağız pullar aparatlar tərəfindən tanınmır. Bir sıra aparatlar isə kağız nominallardan fərqli olaraq dəmir pulları qəbul edir. Bu da öz növbəsində insanlarda həm çaşqınlıq, həm də narahatlıq yaradır. Məsələ ilə bağlı “MilliÖn” ödəmə nöqtəsinin *0010 qaynar xətti ilə əlaqə saxladıq. Müəyyən müddət xətdə gözlətdikdən sonra bildirdilər ki, yaranmış problemin ciddi narahatlıq üçün əsası yoxdur. Operatorun sözlərinə görə, bir neçə gündür ödəmə nöqtələrində yaranmış problemlərdən xəbərsizdirlər. “MilliÖn” əməkdaşı problemin texniki nasazlıqla əlaqəli ola biləcəyini dedi. Üstəlik, qeyd olunan ödəmə nöqtələrinin ünvanlarının qeydiyyatı götürüldü və haqqında bəhs olunan ödəmə aparatlarına ən qısa zamanda baxış keçiriləcəyi, problem varsa, qısa zamanda aradan qaldırılacağı bildirildi. Ümid edirik ki, “BakıKart”lar, daha doğrusu, pul yükləmələri ilə bağlı problem qısa zamanda öz həllini tapacaq.(publika.az)
“BakıKart”lara pul yüklənmir – Problem “MilliÖn”dədir?



“MilliÖn” terminallarında NƏ BAŞ VERİR? - FOTOLAR
“BakıKart” terminalları hər yerdən götürülür
“MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA
“Milliön” müştəridən kommunal ödənişdə də pul tutur - VİDEO
Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
Terminaldan işıq pulu ödənişlərinə görə əlavə 1 manat TUTULACAQ
Aparatlar yeni 10manatı nəvaxt qəbul edəcək?
Bu marşrut xətti üzrə gediş haqqı “BakıKart”la ödəniləcək
Smart-kartlara 10 manatlıq “hədiyyə”... – DİN hərəkətə keçdi
Bakı metrosunda sıxlıq: Sərnişinlərin ödənişi qəbul edilmədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 