Sosial şəbəkə platformalarından olan tvitterdə istifadəçilərdən birinin Azərbaycanda Türkiyə vətəndaşı olan tələbəyə Kliniki Tibbi Mərkəzdə tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı yazdığı məsələ tərəfimizdən araşdırılıb və belə bir fakt aşkarlanmayıb.
Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat yayıb.
O bildirib ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım” deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib:
“Amma bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik”, - deyə E.Hidayətoğlu bildirib.



"Semaşko" dəyişib belə olacaq
KTM bayram günlərində zəhərlənənlərin sayını açıqladı
Bakıda karantindən qaçan şəxs geri qaytarıldı
Virus təhlükəsi ilə xəstəxanaya aparılan tələbədən YENİ XƏBƏR VAR
Bakıda universitetin önündə KÜTLƏVİ DAVA - Bıçaqlananlar var
Bakıda külək binanın eyvanını uçurdu - YARALI VAR
Elnur Hidayətoğlu vəzifəsindən azad olundu
Küçədə tapılan körpənin vəziyyəti necədir?
Bakı Baş Səhiyyə İdarəsi ləğv edildi, yeni qurum yaradılır
"Semaşko" bağlandı - SƏBƏB?
Bakı-Ələt yolunda ağır qəzalar baş verdi - 8 NƏFƏR YARALANDI
Bu xəstəliyin daşıyıcısı xəstəxanada qızılcaya yoluxub?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 