Bakı Dövlət Universiteti (BDU) Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilən tələbə ilə bağlı açıqlama yayıb. BDU-nun mətbuat xidmətindən ONN media -ya verilən məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzdə karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır. "Liu Yousha yanvarın ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı virusun əlamətləri müşahidə olunmayıb. Onu da qeyd edək ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTM-ə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti müşahidə olunmayıb". Bildirilir ki, Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır. "Bakı Dövlət Universitetində çoxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və universitet rəhbərliyinin diqqətində saxlanılır", - deyə açıqlamada bildirilir.
Virus təhlükəsi ilə xəstəxanaya aparılan tələbədən YENİ XƏBƏR VAR



Koronavirusna yoluxma təhlükəsi olan BDU tələbəsindən SON XƏBƏR
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
Bakıda karantindən qaçan şəxs geri qaytarıldı
SON DƏQİQƏ: Azərbaycanda koronavirus şübhəsi - KARANTİNƏ ALINDI
Bakıda koronavirusa görə xəstəxanaya aparılan iranlılarla bağlı XƏBƏR VAR
Bakıda koronavirus HƏYƏCANI- DİQQƏT
"Semaşko" dəyişib belə olacaq
Bakıda daha 6 tələbə qız zəhərləndi - Açıqlama
Kliniki Tibbi Mərkəzdən türk tələbənin iddialarına cavab
SON DƏQİQƏ: Bakıda avtobus dəhşətli qəzaya uğradı - Çoxsaylı yaralılar var
Bakıda liftin qırılması nəticəsində xəsarət alanların son durumu AÇIQLANDI
KTM bayram günlərində zəhərlənənlərin sayını açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 