Ağdam şəhərinin Baş Planı təsdiq olunub və ictimaiyyətə təqdim olunub.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, elə o dövrdən, yəni 2021-ci il mayın 28-dən etibarən bu proseslər geniş vüsət alıb: “Minatəmizləmə fəaliyyəti çətin də olsa, çox sürətlə həyata keçirildi. Artıq bir neçə dəhliz açılıb və həmin dəhlizlərdən istifadə edərək əsas baza infrastrukturu çəkilməkdədir. Bu ilin sonunadək yekunlaşması gözlənilir. Bərdə-Ağdam yolu qrafikə görə gələn il yekunlaşmalıdır. Amma biz hesab edirik ki, bu ilin sonuna qədər də yekunlaşa bilər. Bunun üçün əlimizdən gələni edirik”.
Emin Hüseynovun sözlərinə görə, artıq Ağdam şəhərinə elektrik xətti çəkilib, “Ağdam-1”, “Ağdam-2” yarımstansiyaları tikilib və Qarabağ Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək istifadəyə verilib: “Hazırda rayona magistral qaz xəttinin və su xəttinin çəkilişi üzrə layihələndirmə işləri yekunlaşır. Birinci rübün yekunlarına həsr olunmuş müşavirədə cənab Prezidentin qeyd etdiyi kimi, bu il ərzində əsas su anbarı olan Xaçınçay su anbarı, Ağdamkənd su anbarı və onlardan çıxan kanalların bərpası ilə bağlı layihələndirmə işləri artıq yekunlaşma mərhələsindədir. Onların bərpası işləri üçün tenderlər elan olunacaq və bu işlərə başlanılacaq. Yəni artıq baza infrastrukturu ilə bağlı əsas işlər yekunlaşmaq üzrədir və sosial infrastrukturun tikintisinə başlanılıb.
Eyni zamanda, həm 1 nömrəli məktəbin, həm xəstəxananın, həm yaşayış binasının həm də sənaye parkının tikintisi başlanıb. Bundan başqa, tarixi- mədəni obyektlərin, İmarət Kompleksinin, Qiyaslı məscidi, Cümə məscidinin restavrasiyasına da başlanılıb. Növbəti mərhələdə artıq biz şəhərin mərkəzi hissəsinin, bilavasitə ictimai məkanların bərpası ilə məşğul olacağıq. Bu da bizi Böyük Qayıdış mərhələsinə bir qədər də yaxınlaşdıracaq”.



Soydaşlarımız Ağdama bu tarixdə qayıdacaqlar- Rəsmi
Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkdi
Prezident Qarabağla bağlı sərəncam imzaladı
Öz evini bərpa etmək istəyən köçkünlərə DÖVLƏTDƏN ŞAD XƏBƏR
Ağdamda daha 2 kəndin təməli qoyuldu
İlham Əliyev və xanımı Ağdama getdilər
Ağdamın peykdən görüntüsü - FOTO
Prezident Ağdamda Mərkəzi Xəstəxananın təməlini qoydu - YENİLƏNİB
Şuşa, Füzuli, Cəbrayılın və digər şəhərlərin Baş Planları hazırlanır
Ağdamda yeni yaşayış kompleksinin təməli qoyuldu
Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi
Ağdamda daha bir nəfər minaya düşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 