Təhsil naziri Emin Əmrullayev şagirdlərin məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara aydınlıq gətirib.
ONN media bildirir ki, o, “QəbuldASAN” verilişində deyib ki, bu ildən ibtidai siniflər üzrə dərsliklər yarım illərə bölünüb.
E.Əmrullayev bildirib ki, nazirlik dərs yükünün azaldılması istiqamətində əlindən gələni edir:
“Müşahidələrimiz göstərir ki, bəzən də lazım olmayan yük əsassız şəkildə çantalara yüklənilir. Həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazım deyil. Həmçinin qidalanma, su da var. Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlərdir. Heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdr. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil”.
“Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Bu, bir addımdır. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəyə kifayətdir. Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur. Bu məsələnin ailə və məktəb arasında ünsiyyətlə tənzimlənməsi məqsədə uyğundur”, - o deyib



Məktəbli çantalarının ağırlığının hansı fəsadları var?
Məktəbli formaları ilə bağlı daha bir rəsmi açıqlama
Bəzi problemlərin həlli yoxdur - Təhsil naziri
Bu fənlər üzrə dərsliklər 2 hissəli olacaq - YENİLİK
Övladını məktəbə göndərib-göndərməmək birbaşa valideyndən asılıdır
Məktəbli çantasının ağır olması bu xəstəliklərə yol aça bilər! - XƏBƏRDARLIQ
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqləndi
Bu, məktəb infrastrukturunu yaxşılaşdıracaq - Emin Əmrullayev
Rus bölməsi üçün siniflər bağlanır?- RƏSMİ
Nazir imtahanda sualların satılmasından danışdı
Azərbaycanda dərs ili uzadılır? - Təhsil nazirindən AÇIQLAMA
Nazir istilik problemi olan məktəblərdən danışdı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 