Sumqayıt çayına bilərəkdən toyuq cəsədləri atan şəxs cəzalandırılıb.
ONN media xəbər verir ki, bu barədə ölkə.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev bildirib.
Onun sözlərinə görə, toyuq leşlərinin Sumqayıt çayına atılması ilə bağlı daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb:
“Sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb. Araşdırma ilə tullantıların yaxınlıqdakı quşçuluq sexinə aid olduğu müəyyən edilib. Faktla bağlı akt, protokol tərtib edilərək quşçuluq sexinin sahibi Marif Muradov vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub”.
Xidmət rəsmisi qeyd edib ki, tullantıların ərazidən təmizlənməsi üçün məsul qurumlara göstəriş verilib:
“Təəssüf ki, hələ də belə məsuliyyətsiz hallarla üzləşməli oluruq və yaşadığımız mühitə etinasız yanaşmanın, ətraf mühitə laqeyd münasibət göstərən şəxslərin əməllərinin şahidi oluruq.
Hər birimiz anlamalıyıq ki, ətraf mühitə vurduğumuz zərər özümüzə qayıdır. Gəlin yaşadığımız mühiti zibilləməyək, ətraf mühitin çirkləndirilməsinə imkan verməyək”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün Xəzər dənizinə tökülən Sumqayıt çayına atılan ölü toyuqlar barədə məlumat yayılmışdı.



Azərbaycanda şirkət rəhbəri cərimələndi
Vəzifəli şəxs 3 min manat cərimə edildi
Ətraf mühiti çirkləndirən şəxs cərimələnib
“Melissa Park”ın sakinləri cərimə olundu
Metaləritmə sexi CƏZALANDIRILDI
Bələdiyyə sədri cərimələndi
Dənizi çirkləndirən şəxs cərimələndi
Qafqaz Konserv Zavodunun direktoru cəzalandırıldı
Şikayət yerindəcə araşdırılıb
Qanunları pozanlar cərimə olunub
Atmosfer havasını çirkləndirən şəxs cərimələndi
Atmosferə tullantı atan müəssisənin istehsalat üzrə direktoru CƏZA ALDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 