Hazırda Rusiya ordusunda ixtisaslı pilot çatışmazlığı var. Bunu onların Ukrayna şəhərlərinə raket zərbələri endirmək taktikası sübut edir.
ONN media xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin Donetsk və Luqansk vilayətləri üzrə departamentlərinin keçmiş rəisi, general-mayor Aleksandr Petruleviç deyib.
“Onların pilotları yoxdur. Kamikadzelər kimi təyyarə və helikopterlərlə birlikdə ölənləri saymasaq, görün onların hansı pilotlarını əsir götürmüşük: alay komandirinin müavini və eskadrilya komandirini. Fikir verin! Belə çıxır ki, uçmağa pilot qalmayıb”, - o bildirib.
Petruleviç vurğulayıb ki, rus hərbçilərin raketləri belə yoxdur:
“Problem budur. Son zamanlar sadə məhvetmə taktikasından istifadə edirlər – Qroznıdakı, Suriyadakı kimi. Yalnız bir şeyi başa düşmürlər - onlar cavab verməli olacaqlar. Bütün bunlara görə cavab verəcəklər”.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri rusların 185 təyyarəsi və 155 helikopteri məhv edilib.(axar.az)



Ukrayna ordusunda sursat çatışmır - General
Hərbi obyektlər vurulub, aerodromlara raket zərbələri endirilib - Ukrayna Baş Qərargahı
Rusiya bu şəhərlərə raket zərbələri endirir - Ukrayna SQ
Güclü cavab verəcəyik- Zelenski
Ukrayna Rusiyanı Britaniya raketləri ilə təhdid etdi
Ukrayna ordusu əks-hücuma keçdi
Ukrayna cəbhədəki son durumu açıqladı
Rusiya Belarus-Ukrayna sərhədinə "İskəndər-M" quraşdırır
Rusiyanın əsas vəzifəsi budur... - Arestoviç
Aerodromlara raket zərbələri endirilir - Ukrayna
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir
Rusiya Donesk istiqamətində hücuma keçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 