Yasamal Rayon Məhkəməsi qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Samir Ağakərimovla bağlı qərar elan edib.
Məhkəmə istintaq orqanının təqdimatını təmin edib və S.Ağakərimovun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Belə ki, S.Ağakərimov 1 yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Oğlunu həyətə tullayan şəxsə cinayət işi açıldı
Bakıda törədilən dəhşətli cinayətin üstü açıldı
Uşaqlara işgəncəyə görə cinayət işi başlandı
Polisə zor tətbiq edən şəxsə qarşı cinayət işi başlanıb
Bakıda 31 yaşlı şəxs bıçaqlanıb
Ana və övladlarını öldürən şəxs həbs edildi
26 yaşlı Kəmalə Sultanovanın qətli ilə bağlı YENİ XƏBƏR
Bakıda 21 yaşlı oğlan küçədə ölümcül bıçaqlandı
Uşaqlarını görməyə gedən atanın ölümü ilə bağlı rəsmi açıqlama
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
Həbsdən çıxandan 15 dəqiqə sonra cinayət törədən şəxslə bağlı QƏRAR VERİLDİ
Kafedə tanışını elə döydü ki...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 