Mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
ONN media xəbər verir ki, Bakı şəhər prokurorluğundan metbuat.az -a verilən məlumata görə, mayın 22-də A.Mehtiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Bununla yanaşı, A.Mehtiyevin şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi RPİ-nin müvəqqəti saxlama yerinə aparılarkən Nəsimi RPİ-nin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vuraraq ona həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməsi faktına görə Nəsimi rayon prokurorluğunda 23 may 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
F.Ağayevə yetirilmiş xəsarətin həyat üçün təhlükəli olması nəzərə alınmaqla Nəsimi RPİ-nin İŞ-də istintaqı aparılan cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və həmin cinayət işi Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə istintaq edilən cinayət işinə birləşdirilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Körpəsini həyətə tullayan şəxs həbs edildi
İmişlidə törədilən qətllə bağlı YENİ XƏBƏR
Bakının mərkəzində məscidin qarşısında dəhşətli cinayət - 1 NƏFƏR ÖLDÜRÜLDÜ
İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib
Bakıda qardaşını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR
Bakıda qətl: 40 yaşlı kişini tanışı öldürdü
Binədəki avtobus qəzasının günahkarlarının aqibəti necə oldu?
Prokurorluq Bakıdakı dəhşətli hadisə barədə məlumat yaydı
Məhkəmənin qarşısında həyat yoldaşını öldürən şəxslə bağlı YENİ XƏBƏR
Azərbaycanda dəhşətli hadisə- Fəhlə fəhləni öldürdü
Azərbaycanda qadını öldürən polis əməkdaşı həbs edildi
Uşaqlarını görməyə gedən atanın ölümü ilə bağlı rəsmi açıqlama
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 