Sultan Dadaşov olayından artıq ən azı 4 gün keçdi: araşdırma gedirmi?
Bilmirik, bildiyimiz odur ki, nəticə yoxdur: video yayılan gecənin səhərisi, saat 11:00 radələrində “25 sutka həbs edildi” yalanını mediaya ötürüb, sosial şəbəkələrdə alovlanan odun üzərinə yaxşıca bir su səpdilər. Daha deyən olmadı ki, gecə 23 radələrində yayılan görüntü ilə bağlı nə zaman araşdırma aparıldı, hüquq-mühafizə orqanı əməkdaşı haçan izahatlar aldı, nəyi müəyyənləşdirdi ki, səhər 11 radələrində cinayət işini məhkəməyə göndərə bildi və cəza da verdirdi!
Əsas məsələ bu məlumatın yayılması idi: yayıldı, ancaq rəsmi təsdiq olmadı – həm DİN, həm də “həbs qərarı verən” məhkəmə olayı təkzib etdi. İstintaqla bağlı isə heç bir məlumat verilmir – tam bir sükut!
Məsələnin ən maraqlı cəhəti bilirsinizmi nədir? Çığır-bağır salan, “Leksus”un ayağını az qala şikəst etdiyi səviyyədə yaraladığı görüntüsünü yaratmaq üçün videoda “aayyyyy” edən, söyülən və döyülən motosikl sürücüsü – Murad Salman adlı şəxsdən də heç bir xəbər yoxdur. O, nəinki ədalətsizliyə məruz qalması barədə paylaşımlar edir, ümumiyyətlə sorğulara cavab vermir və suallardan yayınır.
Belə görünür ki, bank işçisi olan mopedli Murad Salman artıq Dadaşovla bütün məsələləri öz ixtisasına uyğun yoluna qoyub: yəqin ki, şikayətçi olmadığı haqda DİN-in araşdırma aparan əməkdaşına, polisinə, polis şöbəsinə ərizə də verib, bəlkə də Sultan Dadaşovun cəza almaması üçün nazirə bir xahişnamə də yazıb. Əks halda ortada olardı, cəza tələb edərdi...
Barışıblarsa, lap yaxşı – zatən S.Dadaşov da öz səhvini dərhal başa düşən kişi olduğunu mediaya ilk açıqlamasındaca sübut etdi.
Ancaq məsələ bu cür yekunlaşacaqdısa, o videonu yaymaq cəmiyyətə xəyanət etməkdir, pis bir ənənənin ictimai təfəkkürdə oturuşmasına yol açmaqdır.
Murad Salmanın timsalında prinsiplərindən, hüquqlarından hansı səbəbdənsə geri duran şəxslər uzun illərdir ki, çox pis presedent yaradıblar. Əminəm ki, bu hadisənin bu cür yekunlaşmasından sonra Murad Salman və yaxud o statusda olan hansısa bir kəsi “Gelandevagen”i olan başqa ağsaqqal daha ağır sözlərlə təhqir edib, 3 yox, 6 qapaz və üstəlik, bonus olaraq bir yumruq da ilişdirməkdə heç bir qəbahət görməyəcək. Çünki Sultan Dadaşovlar nümunəsində bağışlanma formalarını görürlər; Sultan Dadaşov simasında heç bir cəzanın olmadığını və çığır-bağır salanların da dərhal susduqlarını bir daha müşahidə edirlər. Sizcə, “leksus”lu Dadaşovun maşınla, dili və əli ilə vurub, sonra susdurduğu gənci “hammerli” filənkəsov susdura bilməyəcəyini düşünəcək və özünü daha intizamlı aparacaq?
Bax, belə edirsiniz ki, sizi küçədə basıb döyə bilirlər.
Hələ az döyüb, az söydü yoldaş Dadaşov! Onun şapalaqlayan əlinə, “sən kimsən əəəə” deyə bağıran dilinə quzu kəsim!
İndi Dadaşovun “harınlamış əlini” söyməyə haqq etmədiyinizi qandınızmı?
O əlləri siz harınlatmısınız, indi də qapazlarını nəyinsə müqabilində yeyirsinizsə, heç olmasa, susun!



Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Azərbaycanda qadını öldürən polis əməkdaşı həbs edildi
Bakıda DƏHŞƏT: özünü məftillə ağaca bağlayıb yandırdı - RƏSMİ
SON DƏQİQƏ: Səlim Müslümovun atasından AÇIQLAMA - Oğlum səhər...
Səbuhi Xanlarov niyə həbs edildi?
Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi - VİDEO
DİN meyxanaçı ilə bağlı iddiaları təkzib etdi
Özünü və körpəsini su kanalına atan qadın həbs edildi
Hadı Rəcəblinin otelində CİNAYƏT OLAYI - RƏSMİ
Xırdalanda küçükləri vəhşicəsinə öldürdülər
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 