Bloger Səbuhi Xanlarov “Daqqılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərovun şərəf və ləyaqətinin alçaldılmasına görə həbs edilib.
ONN media xəbər verir ki, 1980-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, subay, ali təhsilli Səbuhi Xanlarov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunaraq, fevral ayının 27-də 23:30 radələrində saxlanılaraq məhkəmənin qərarı ilə həbs olunub.
Məhkəmə iclasında Səbuhi Xanlarov özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərib ki, Ziliş Cəfərovla zarafatlaşarkən digər dostu video çəkib və sonradan bu görüntülər onların məlumatı olmadan sosial şəbəkədə paylaşılıb. Onun Zilişin şərəf və ləyaqətini alçaltmaq kimi bir məqsədi olmayıb və barəsində daha yüngül tənbeh tədbiri görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə, Səbuhi Xanlarov İXM-in 510 -cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. Həbsetmənin əvvəli 27 fevral 2022-ci il saat 23:30-dan hesablanıb. Həbsetmə ilə bağlı qərarın icrası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilib.
Qeyd edək ki, 20.02.2023-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə “Daqqılı” ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərova 15 sutka inzibati həbs cəzası verilib.



Azərbaycanda vəzifəli şəxs həbs edildi
Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
Türkiyə bayrağına hörmətsizlik edən şəxs həbs edildi
Tofiq Yaqublu azadlığa çıxdı
"Gənclik Mall"da saxlanılan var
Bakıda polis maşınının üzərinə çıxan şəxs həbs edildi
Avtobus sürücüləri və sərnişinlərini hədələyən şəxs həbs edilib
Jurnalist Səbuhi Məmmədli dəfn edildi
İmişlidə 5 nəfəri vuran sürücü həbs edilib
“OCOS” işinə görə azadlığa buraxılan qadın həbs edildi
Hacıbəyovun heykəlinə daş atan şəxs həbs edildi
Restoran sahibi həbs edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 