Kreml müxtəlif ssenariləri hesablayaraq Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinin hazırlanması prosesini izləyir.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bunlar hələlik planlardır, orada müzakirələr gedir. Biz hadisələrin inkişafını izləyirik, müxtəlif variantları hesablayırıq”, - o bildirib.
Kreml nümayəndəsi həmçinin Avropa diplomatiyasının rəhbəri Cozef Borrelin Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketini hazırlaması, bu paket çərçivəsində digər bankları SWIFT sistemindən ayırması, məsuliyyət daşıyanlara qarşı tədbirlər görülməsi barədə sözlərini şərh edib.
Peskovun sözlərinə görə, sanksiyalar tətbiq etməklə Rusiyaya zərər verməyə çalışan ölkələr ağır bədəl ödəmək məcburiyyətindədirlər və avropalılar üçün bu cür tədbirlərin dəyəri hər gün artacaq.
“Ümumiyyətlə, əgər biz sanksiyalar sahəsindən, amerikalıların, avropalıların və digər ölkələrin sanksiya istəklərindən danışsaq, bu, ikitərəfli silahdır. Bizə zərər vurmağa çalışaraq, onlar da böyük bədəl ödəməlidirlər. Artıq bunu edirlər və bu sanksiyaların Avropa vətəndaşları üçün bədəli hər gün artacaq”, - Kreml sözçüsü qeyd edib.



Bu ölkədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq
Avropa Birliyindən Rusiyaya "Navalnı SANKSİYASI"
Rusiyaya qarşı yeni sanksiya paketi hazırlanıb
Rusiyanın 80 oliqarxına sanksiyalar tətbiq ediləcək
Rəsmən təsdiqləndi: Rusiyaya yeni sanksiyalar olacaq?
İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq
Avropa İttifaqı Rusiyaya qarşı qərar qəbul etdi
Rusiyaya növbəti xəbərdarlıq
Aİ Putin və Lavrova qarşı sanksiyalar tətbiq edəcək
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar elan etdi
Zelenski bu dövlətləri tənqid etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 