Din xadimlərinin attestasiyadan keçirilmə qaydası təsdiqlənib.
Bu barədə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda məlumat öz əksini tapıb.
Qeyd olunub ki, “Dini etiqad azadlığı haqqında” qanunun əsasən din xadimləri hər beş ildən bir attestasiya edilir.
Attestasiyasının keçirilməsi məqsədi ilə Komitədə Qafqaz Müsəlmanları İdarəsinin, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla 9 nəfərdən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət olmaqla, Komitə sədri tərəfindən təsdiq edilir.
Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və attestasiya zamanı sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı Komitə sədri tərəfindən təsdiq edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış attestasiyadan keçən din xadimlərinin nəzərinə çatdırılır. Attestasiya proqramı bu Qaydanın 2.6-cı bəndində göstərilən sahələr üzrə formalaşır.
Attestasiyada iştirak üçün namizəd tərəfindən bu Qaydanın 2.7-ci bəndində göstərilən sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir.
Attestasiya komissiyasının üzvləri tərəfindən din xadiminə yalnız vəzifəsi, icra etdiyi işləri və onların nəticələri ilə əlaqədar suallar verilə bilər. Attestasiya olunan din xadiminə onun fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi yolverilməzdir.
Din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir. Həmin din xadimi attestasiya komissiyasının növbəti iclasında bu Qaydaya uyğun olaraq attestasiyadan keçməlidir.
Din xadiminin fəaliyyətinə verilən qiymət attestasiyadan keçən din xadiminin iştirakı olmadan komissiyanın iclasında açıq səsvermə yolu ilə qəbul edilir.
Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən din xadimi tutduğu vəzifəyə uyğun hesab edilir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra din xadiminə bildirilir.
Fəaliyyətdə olan din xadiminin rotasiyası zamanı onun din xadimi olduğu dövr ərzində fəaliyyəti, attestasiya nəticəsi, din sahəsində elmi və pedaqoji fəaliyyəti, habelə mənəvi dəyərlərin təbliği sahəsində fəaliyyəti nəzərə alınır. Rotasiya Komitə sədrinin əmri ilə həyata keçirilir.
Attestasiyanın nəticələri attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan və nümunəsi bu Qaydada göstərilən attestasiya vərəqəsinə (2 nömrəli əlavə) yazılır. Attestasiyadan keçən din xadiminin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır və onun surəti arzusuna əsasən həmin din xadiminə verilir. Din xadimi attestasiyanın nəticələrindən 7 (yeddi) iş günü müddətində inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət edə bilər.



QMİ-nin səlahiyyətlərindən biri əlindən alınır
Bu şəxslərin NƏZƏRİNƏ- İmtahan verəcəksiniz
Hacı Şahinin yerinə təyinat olub?- Rəsmi
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək
Prezident Vəli Hüseynovu vəzifədən azad etdi
Din xadimləri ilə bağlı yeni komissiya yaradıldı
Famil Mustafayevə YÜKSƏK VƏZİFƏ VERİLDİ - SƏRƏNCAM
“Heç bir təhsili olmayan şəxslər din xadimi adı altında təbliğatla məşğul olur” – Millət vəkili
Baş nazirdən YENİ QƏRAR
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası" təsdiqləndi
Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 